İllərdir övladını çiynində məktəbə aparan ATA DANIŞDI - VİDEO

“Düz səkkiz ildir mən bu əziyyəti çəkirəm. Hər gün onu məktəbə aparıb gətirmək üçün bu buz kimi suyu olan çayı çılpaq ayaqla keçməli oluram. Bütün ümidlərim onun oxuyub, savadlı adam olmasınadır”.
Ötən gün sosial şəbəkələrdə videosu yayılmışdı Fuadın. Hər kəs bu videonu paylaşıb ataya kömək olmaq istəyirdi. Çünki izlədikləri mənzərə həm üzücü idi, həm də qürurverici.
Astaranın Miki kənd sakini Fuad Salayev övladını məktəbə apara bilmək üçün necə deyərlər, min bir əziyyətə qatlaşır. Evlərindən məktəbə gedən yolda böyük çay var. Miki çayı. Çay üzərində körpü olmaması səbəbindən hər gün ata ayaqqabılarını çıxarır, övladını belinə alıb çayın o biri üzünə, məktəbə aparır. Qarşıdan qışın gəldiyini nəzərə alsaq, bir neçə gün sonra o suya girmək mümkün olmayacaq.
“Əslində məktəb evimizə yaxındı. Elə eyni kəndin içində. Sadəcə evimizlə məktəbin arasında çay var. Qızımın dərsə rahat gedib gəlməsinə də bu gur sulu çay mane olur. Payızda və qışda iş lap çətin olur. Su daha da gurlaşır. Yağışlı günləri heç demirəm”.
Qızı Aygün bu il 7-ci sinfə gedir. Dərslərində də əlaçıdır. Hazırlıq sinfinə getdiyi vaxtdan atası onu məktəbə bax beləcə belinə alıb aparır. Bir qız atası olan Fuad deyir ki, özü də elə məktəbdə müəllim işləyir.
“41 yaşım var. Texnologiya müəllimi işləyirəm məktəbdə. 5 saat dərsim var. Yoldaşım da üç dəfə əməliyyat olunub. Vallah imkanım olsa bu çayın üstünə körpünü özüm salaram. Amma yoxdu axı. Ailəmi zülmlə dolandırıram”.
Astara rayon İcra hakimiyyətinə və Miki kənd bələdiyyəsinə dəfələrlə müraciət etsə də maraqlanan yoxdur deyir.
“Deyirlər ki, büdcədə pul yoxdur. Bizim qaldığımız tərəfdə də təəssüf ki, başqa kimsə yaşamır. Yoxsa pul qoyub köməkli özümüz edərdik körpünü. Çayın o biri başı tərəfdə qalanlar üçün illər əvvəl körpü salınmışdı. İndi o da yararsız vəziyyətdədir. Qış qapıdadır. Soyuqda o suyu necə keçəcəm deyə indidən dərd düşüb ürəyimə. Artıq səhhətim də əvvəlki illərdəki kimi sağlam deyil axı…”
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












