İmişlidə narkotik satan dəstə üzvləri saxlanılıb - FOTO

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən üç nəfər şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Ramil Şirinov, Xubyarlı kənd sakini Habil Quliyev və Məhəmmədli kənd sakini Nərgiz İsmayılova sonuncuya məxsus evdə olan zaman tutulub.
N.İsmayılovaya məxsus evə keçirilən baxış zamanı oradan satış məqsədilə sellofan bükümlərdə qablaşdırılan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı məlum olub ki, R.Şirinov və H.Quliyev narkotik maddələri əvvəlcə N.İsmayılovanın yaşadığı evə gətirərək burada sellofan bükümlərdə qablaşdırır, daha sonra isə rayon ərazisində satışını həyata keçirirlər.
Hər üç şəxs bundan əvvəl də narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqları üçün məhkumluq həyatı yaşayıblar.
Faktla bağlı İmişli RPŞ-inin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir



DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI










