İnsansız Yerüstü Nəqliyyat Sistemi Türkiyə Ordusunun istifadəsinə verilib - FOTO

İnsansız Yerüstü Nəqliyyat Sistemi (İKA) Türkiyə Ordusunun istifadəsinə verilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Müharibədə, hər cür hərəkatda izlənilə və müdaxilə edilə bilməyən bölgələrə etibarlı şəkildə daxil olmağı, müşahidə aparmağı və müdaxilə etməyi təmin edən İnsansız Yerüstü Nəqliyyat Sisteminin (İKA) Quru Qoşunları Komandanlığının bölmələrində istifadəsinə başlanılır”, - deyə qeyd olunub.
Kəşfiyyat və müşahidə aparan İnsansız Yerüstü Nəqliyyat Sistemi (İKA) yüksək hərəkət qabiliyyətinə və manevr imkanlarına malikdir, pilləkənləri qalxır və sudan keçə bilir, uzaqdan idarə olunur.
İnsansız Yerüstü Nəqliyyat Sistemi (İKA) düşmən atəşi altında riskli tapşırıqların daha asan icra olunmasına şərait yaradır.///Apa
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












