İnstaqramda yeni fırıldaqçılar peyda olub XƏBƏRDARLIQ - VİDEO

Son dövrlər sosial şəbəkələrdə, xüsusən instaqramda yeni fırıldaq növü geniş yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib ki, sosial şəbəkələrdə dələduzluq edənlər təmsil etdiyi qurumun adından da istifadə ediblər.
Nazirlik rəsmisi belə səhifələri işlədən, xüsusən saxta yarışlar keçirənlərə xəbərdarlıq edib.
Saxta yarış səhifələrini idarə edənlər vətəndaşların güya bahalı telefon qazandıqlarını qeyd edirlər. Hətta bəziləri belə telefonları öz yaxınlarına verib, fotosunu səhifədə paylaşırlar. Bununla da onun guya qalib gəlməsi mənzərəsini yaradırlar.
Daxili İşlər Nazirliyinin rəsmisi əlavə edib ki, vətəndaşların bütün rəsmi müraciətləri araşdırılır və dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanaraq istintaqa cəlb olunurlar.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












