İqbal Məmmədovun "Lerik Broyler"i fəaliyyətini dayandırdı - Sabiq deputatın biznes imperiyası çökür?

Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədova məxsus "Lerik Broyler" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, İqbal Məmmədov deputat mandatını itirdikdən sonra onun digər biznes layihələri ilə yanaşı, "Lerik Broyler" MMC-də də ciddi maliyyə problemləri yaranıb.
Şirkət bir neçə aydır fəaliyyət göstərmir. Qeyd olunur ki, işçilər uzun müddətdir əmək haqlarını ala bilmirlər.
Aparılan araşdırmaya əsasən, MMC-nin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 255 340,07 manat vergi borcu var.
Məlumata görə, İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlı MMC-nin direktoru vəzifəsindən azad edilib. Bir neçə ay əvvəl "Lerik Broyler"ə Emil Şiriyev rəhbər təyin olunub.
Sayt məsələ ilə bağlı "Lerik Broyler" MMC-nin Emin adlı nümayəndəsi ilə əlaqə saxlayıb.
O, şirkətin İqbal Məmmədovla əlaqəsi barədə suala belə reaksiya verib:
"Sizə nə dəxli var şirkət İqbal Məmmədovdan çıxıb, ya çıxmayıb? İşçilərə əmək haqqı verilməməsi ilə bağlı məsələnin də ağsaqqala heç bir aidiyyəti yoxdur. İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlının da ona bağlılığı yoxdur. Axmaq-axmaq danışırsınız. 8 aydır "Lerik Broyler" işləmir. Siz şirkətin niyə işləməməsi barədə maraqlanın".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












