İran 39 ölkə ilə nəqliyyat əlaqəsini kəsdi - SƏBƏB

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq İran hökuməti vətəndaşların 39 ölkəyə səfər etmələrini qadağan edib.
Avtosfer.az xəbər verir ki, bu barədə İranın şəhərsalma və yollar naziri Məhəmməd İslami məlumat verib.
O bildirib ki, Türkiyə və İraqa bütün səfərlər qadağan edilib. Quru sərhədlə yanaşı, Tehran-İstanbul, Tehran-Bağdad, Tehran-London reysləri də dayandırılıb. Bununla yanaşı, sərhəd-keçid məntəqələrində xüsusi həkim qrupları fəaliyyətə başlayacaq ki, onlar da ölkəyə daxil olanların səhhətini ciddi yoxlayacaqlar.
Ölkədə fəaliyyət göstərən turizm şirkətlərinə də ciddi xəbərdarlıq edilib. Şirkətlərə təyyarə biletinin satılması qadağan edilib. İran və Türkiyə ilə sərhəddə yerləşən Xuzestan vilayəti qırmızı zona elan edilib.
Qeyd edək ki, İranda COVID-19 infeksiyasının dördüncü dalğası başlayıb. Aprelin 10-da İranda 22 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb, 193 nəfər isə həyatını itirib.
Yerli mətbuatda çıxış edən bir sıra mütəxəssislər hesab edirlər ki, Novruz bayramı tətillərində insanlar kütləvi şəkildə bir vilayətdən digərinə gəzməyə getdiklərinə görə virusun geniş yayılmasına səbəb olublar. Tətil günlərində İrandan xarici ölkələrə də çox adam gəzməyə gedibmiş.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO













