İran Azərbaycan və Rusiya ilə avtomobil əlaqəsini bərpa etməyə hazırlaşır

İran tezliklə Azərbaycan və Rusiya Federasiyası ilə avtomobil əlaqəsini bərpa edəcək.
Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə İran İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
"Bu, yük daşımalarının inkişafına imkan verəcək. İqtisadi əməkdaşlıq üçün bütün imkanları koordinasiya etməliyik. Bu halda bütün məsələləri razılaşdırmalıyıq ki, sərhədlərdə yük maşınlarının növbələrdə gözləməsinin qarşısı alınsın", - səfir qeyd edib.
Cəlali onu da əlavə edib ki, İran ümumiyyətlə Azərbaycan və Rusiya ilə dəmiryol əlaqələrini inkişaf etdirməyə hazırdır. Ölkə eyni zamanda "dəmir yolu + dəniz yolu" kombinasiya edilmiş yükdaşıma marşrutlarının istifadəsini dəstəkləyir.
""Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzərində tərəfdaşlarımız Rusiya, Azərbaycan və Hindistanla birlikdə fəal şəkildə işləyirik", - Kazem Cəlali vurğulayıb.
Səfir qeyd edib ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında sazişin imzalanmasından 20 ildən çox vaxt keçib, hazırda İran onun icrasına sadiqdir və bunun üçün Rəşt-Astara dəmir yolunun tikintisini başa çatdırmaq lazımdır.
Xatırladaq ki, ötən gün İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərğami İranın oktyabrın 23-dən turistlər üçün sərhədləri açacağını bildirib. Belə ki, İran həmin tarixdən İraq, Əfqanıstan, Türkiyə, Azərbaycan, Naxçıvan Muxtar Respublikası, Ermənistan və Pakistanla quru sərhədlərini açacaq. Quru sərhədlərindən sərnişin avtobusları və şəxsi avtomobillərlə də gediş-gəlişə icazə veriləcək.
///APA
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!












