İran İsraillə əlaqəli yük gəmisini ələ keçirməsinin səbəbini açıqladı - VİDEO

İran İsraillə əlaqəli “MSC Aries” gəmisini dəniz qanunlarını pozduğuna görə saxlamaq qərarına gəlib.
Bu barədə İİR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani məlumat verib.
“İran Hörmüz boğazında və Fars körfəzində naviqasiya təhlükəsizliyini təmin etmək üçün daim çalışır. Lakin adıçəkilən gəmi dəniz qanunvericiliyini pozduğuna və İran hakimiyyətinin tələblərinə məhəl qoymadığına görə İranın ərazi sularına göndərilib”, - deyə o, mətbuat konfransında bildirib.
Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən və israilli milyarder Eyal Oferin sahibi olduğu “Zodiac Group” şirkətinə məxsus “MSC Aries”i ələ keçirib. Yük gəmisi hazırda İranın ərazi sularına doğru hərəkət edib.
oxu.az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












