"İran yük maşınları yeni yoldan istifadə etsin" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında Azərbaycanın nəzarətində olan Gorus-Qafan yolu ilə bağlı növbəti dəfə müzakirə aparıb.
Avtosfer.az xəbər verir ki, Paşinyan müzakirəsində İran yük maşınlarının Azərbaycana gömrük rüsumları ödəmədən Ermənistana getmək üçün “Qorus-Qafan” yolu əvəzinə, “Tato-Aqvani” alternativ yolundan istifadə etməyi məsləhət görüb.
"2021-ci ilin avqust ayından Azərbaycan tərəfi Gorus-Qafan yolunun bu ölkənin ərazisindən keçən “Eyvazlı və Çaizmi” hissələrində İrana məxsus yük maşınlarından gömrük rüsumları alır", - deyə Paşinyan çıxışında bildirib.
Nikolun sözlərinə görə, onilliklər ərzində praktiki olaraq keçilməz olan Tato-Aqvani yolu keçən həftə asfaltlanıb və istifadəyə verilib:
“Keçən cümə axşamı mən şəxsən o yoldan istifadə edərək Qafana gedib-gəldim”.
Xatırladaq ki, bir müddət öncə Ermənistan mediası Gorus-Qafan yoluna alternativ olaraq hazırlanan 43 kilometrlik Tato-Aqvani yolunun noyabrın sonlarında istifadəyə veriləcəyi ilə bağlı məlumat yaymışdı.
Unikal.org
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











