İran yük maşınlarının Gorus-Qafan yolunda hərəkəti bərpa olunub

İran yük maşınları müəyyən fasilədən sonra Gorus-Qafan magistral yolu ilə hərəkətini bərpa edib.
Bu barədə “Sputnik Ermənistan”ın məlumatında deyilir.
Erməni mətbuatının bildirdiyinə görə, 2020-ci ilin dekabrında Azərbaycanın təhlükəsizlik qüvvələrinin Gorus-Qafan yolunun 21 kilometrlik hissəsini nəzarətə götüməsindən və gömrük məntəqəsi yaratmasından sonra buradan Ermənistan maşınlarının hərəkəti dayanıb.
Bu yola alternativ olaraq Ermənistan hakimiyyəti yolun Şinuhayr-Tatev-Aqvani-Qafan hissəsinin sürətləndirilmiş tikintisi və təmirinə başlamışdı.
İran və Gürcüstan vətəndaşları isə Azərbaycan gömrükçülərinə bir istiqamətdə hər avtomobil üçün 130 dollardan 280 dollara qədər rüsum ödəyirlər.
Yerli sakinlərin “Sputnik Ermənistan”ın dediyinə görə, təxminən iki ay əvvəl İran yük maşınları yolda hərəkətini dayandırmışdı. Amma artıq bir neçə gündür ki, nəqliyyatın hərəkəti bərpa olunub. Və əvvəlkindən daha tez-tez hərəkət edirlər.
Qafan-Tatev-Şinuhayr yolunun vəziyyətinə gəldikdə, onun bərbad olduğu vurğulanır.
modern.az
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












