İranda 160 erməni əsgərin olması barədə RƏSMİ AÇIQLAMA

İran İslam Respublikasının Yerevandakı səfirliyi İran ərazisində 160 erməni hərbi qulluqçusunun olması haqqında şayiələri təkzib edib. “Report” xəbər verir ki, bu barədə İranın “Parstoday.com” saytı bildirib. Sayt Ermənistan mətbuatında İranda 160 erməni hərbi qulluqçusunun olması barədə şayiələrə cavab olaraq İranın Yerevandakı səfirliyinin bəyanatını yayıb. "İran İslam Respublikasının Ermənistan Respublikasındakı Səfirliyi Ermənistanın bəzi mətbu orqanlarında 160 erməni əsgərin İranda olması və İran tərəfinin onların qayıdışı üçün ilkin şərtlər irəli sürməsi barədə yayılan şayiələri yanlış və əsassız hesab edir", - deyə bəyanatda bildirilir. Xatırladaq ki, Ermənistanın bir sıra kütləvi informasiya vasitələri ənənəvi olaraq növbəti dezinformasiya yayıblar. Bəzi media orqanlarında yayılan məlumata görə, ikinci Qarabağa müharibəsi zamanı 160 erməni əsgər Ermənistan-İran sərhədini keçib. Erməni jurnalistlər iddia edib ki, İran guya həmin hərbçilərin geri qaytarılması üçün Ermənistana şərtlər irəli sürüb.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












