“İsfəndiyar Axundov 5 milyona 2 “Lamborghini”, 2 “Ferrari” aldı”

Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank"ın 5 milyon manatdan çox vəsaitini mənimsəməkdə ittiham edilən bankın sabiq sədri Nadir İsmayılovun məhkəməsi keçirilib.
Avtosfer.az qafqazinfo-ya istinadla xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş tanınmış iş adamı, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov sualları cavablandırıb.
İ.Axundov bildirib ki, həmin bankda onun adına iki kredit olub:
"Mənim adıma 10 milyon manatlıq kredit yazılmışdı. O pulun yarısını götürdüm və kreditimi də ödədim. İşlərimi qaydasına qoydum və pula ehtiyacım olmadığı üçün qalan 5 milyonu bankdan götürmədim. Amma sonradan bu kredit üçün girov qoyduğum obyektləri qaytarmaq üçün qalan pulu da ödədim.
Ümumilikdə, banka 10 milyondan artıq pul verdim. Lakin sonradan bildim ki, əmlaklar Mərkəzi Bankda girovluqdadır, Nadir isə pulu Mərkəzi Banka ödəməyib. İndi Mərkəzi Bank da 10 milyon tələb edir. Nadirlə dost idik, yaxşı münasibətimiz var idi. Elə buna görə də onun məni aldatmasını bağışlaya bilmirəm".
Vəkilin İsfəndiyar Axundova "Müqavilə imzalayarkən niyə baxmadınız?" sualına o, savadsız olduğunu, həm də dostu Nadirə inandığını deyərək cavab verib.
Təqsirləndirilən Nadir İsmayılov isə İsfəndiyar Axundovun dediklərini təkzib edib:
"Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə 5 milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona iki "Lamborghini", iki "Ferrari" aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir".
İsfəndiyar Axundov isə üzərinə həbs qoyulan "Flaminqo" restoranının girovluqdan çıxarılmasını istəyib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












