Rusiya FHN-in bir qrup əməkdaşı təltif edilib - FOTO - VİDEO

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarında iştirak etmiş bir qrup rusiyalı mütəxəssis Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və Fövqəladə Hallar Nazirliyinin “Əməkdaşlığa görə” döş nişanı ilə təltif edilib.
Avtosfer.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, 23 mart 2021-ci il tarixində Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzində keçirilmiş təltifetmə mərasimində FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov, FHN Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Rusiya Federasiyası FHN-in minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitskiy və digər şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən XRXX-nin rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi arasındakı səmərəli əməkdaşlıqdan söz açıb, bu əməkdaşlıq çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi əməliyyatlarında rusiyalı pirotexniklərin iştirakını vurğulayıb.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitskiy təltiflərə görə minnətdarlığını bildirib.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO















