İşığın və qazın qiyməti ilə bağlı dəyişiklik aztəminatlı ailələrə təsir etməyəcək

Tarif Şurasının işığın və qazın qiymətinin hesablanması qaydasında dəyişiklik edib.
Əhali kateqoriyası üzrə mövcud olan tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək yeni diferensasiya tətbiq edilib. Əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilib.
Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir.
İşığın qiymətilə bağlı dəyişiklik aztəminatlı ailələrə necə təsir edəcək?
Yeni dəyişiklik sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur. Beləki, bir nəfərin aylıq istehlakı 50 kVts-dırsa və orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alsaq, bu da aylıq olaraq 200 kVts edir. Bu da həmin ailə üçün 1 qəpik bahalaşma olduğunu göstərir.
Yəni 4 nəfərdən ibarət ailə 200 kVts sərfiyyata görə, 14 manat ödəyirdisə, bundan sonra 16 manat ödəyəcək.
Statistik məlumata görə, bu kateqoriya əhali abonentlərin 63%-ni təşkil edir. Bu da öz növbəsində deməyə əsas verir ki, qiymət dəyişikliyi aztəminatlı ailələrə təsir etməyəcək.
Qazla bağlı isə əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.
Bəs qazın qiymətilə bağlı dəyişiklik aztəminatlı ailələrə necə təsir edəcək?
Hazırda dövlət üçün 1.000 kub metr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci 174 manat təşkil edir.Azərbaycanda təbii qazın qiymətləri əksər region və bütün Avropa ölkələri ilə müqayisədə ucuzdur. İl ərzində 1.200 kubmetr qaz istehlak edənlər abonentlərin 51%-ni təşkil edir.
İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir.
Yəni həmin ailə bir ilin tamamında qaz istehlakı üçün 100 manat ödəyirdisə, bu qərardan sonra 120 manat ödəyəcək. İllik hesablamanı aylar üzrə hesablasaq. Ortalama olaraq 4 nəfərdən ibarət bir ailə əvvəl hər ay üçün 8 manat 30 qəpik qaz pulu ödənişi edirdisə, bundan sonra bu ödəniş 10 manat təşkil edəcək.///trend
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












