İsmayıllı sakini qohumunun evinə qonaq gedib oğurluq etdi - FOTO

İsmayıllıda qonaq getdiyi evdən oğurluq edən şəxs saxlanılıb.
İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən rayonun Göytəpə kənd sakini ona məxsus evdən 6 850 manat dəyərində qızıl-zinət əşyalarının və 300 manat pulun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin cinayət əməlini törədən şəxsin zərərçəkmişin qohumu Z.Piriyeva olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı qonaq qismində həmin evə gələn Z.Piriyevanın oradan oğurluq etdiyi və oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində satdığı məlum olub.
Əldə etdiyi pulun və qızıl-zinət əşyalarının bir qismi ondan maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











