İsmayıllıda iki nəfərə daşla ağır xəsarətlər yetirən şəxs saxlanılıb - FOTO

Fevralın 28-də İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində hərəkətdə olan “VAZ-2106” markalı nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü Elşad Fərzəliyev və sərnişini Vüsal Salmanov müxtəli dərəcəli bədən xəsarətləri alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən Avtosfer.az-a məlumata görə, bir neçə gündən sonra E.Fərzəliyev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, yol-nəqliyyat hadisəsi baş verməzdən təxminən 3 saat öncə onlarla tikintidə birlikdə işləyən rayon sakini Qədir Qədirli arasında mübahisə yaranıb. Nəticədə sonuncu hər iki şəxsin baş nahiyəsinə daşla vuraraq ağır xəsarətlər yetirib. Daha sonra mübahisəni davam etdirmək üçün onunla təkrar görüşə gedən E.Fərzəliyev və V.Salmanov qəzaya düşüblər.
İstintaq zamanı alınan məhkəmə tibbi-ekspertizanın rəyləri ilə də Q.Qədirlinin mübahisə zəminində digər iki nəfərə ağır bədən xəsarətləri yetirdiyi təsdiq olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma- iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, Q.Qədirli şübhəli şəxs qismində saxlanılıb.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA











