İsmayıllıda polis karantin qaydalarına əməl olunmasına nəzarət edir - FOTO

Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun giriş və çıxışlarında oktyabrın 24-dən etibarən xüsusi karantin postları qurulub. Polis əməkdaşlarının gücləndirilmiş rejimdə xidmət apardığı həmin stasionar postlarda xüsusi və operativ nəqliyyat vasitələri, eləcə də yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, digər nəqliyyat vasitələrinin rayon ərazisinə giriş-çıxışı məhdudlaşdırılıb. Bundan əlavə rayon daxilində də polis naryadları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Mağazalarda keçirilən reydlər zamanı sosial məsafənin qorunması, tibbi maskadan istifadənin zəruriliyi alıcı və satıcıların diqqətinə çatdırılır. Həmçinin, digər ictimai iaşə müəssisələrində, obyektlərdə sahibkar və müştərilərlə maarifləndirici söhbətlər aparılır, sanitar-karantin qaydalarına əməl etmələrinin vacibliyi vurğulanır. Qaydaları pozanlar barəsində qanunamüvafiq tədbirlər görülür.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT













