İsmayıllıda sel təhlükəsinə qarşı tədbirlər görülür - FOTO

İsmayıllıda sel təhlükəsinin qarşısının alınması məqsədilə rayonda qabaqlayıcı tədbirlər görülür.
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin verdiyi tapşırıqlara həmçinin, cari iş planına uyğun olaraq Sentyabr ayının müvafiq dövrü ərzində bir sıra işlər həyata keçirilmişdir.Buna görə də, baş verə biləcək sel təhlükəsinin qarşısının alınması məqsədilə rayonda qabaqlayıcı tədbirlər görülür.
Rayon ərazisindən keçən magistral yolarda avtomobilərin rahat şəkildə hərəkət etməsi məqsədilə yer altı drenajların və körpü keçidlərinin içərisi təmizlənir ətrafı genişləndirilir.Talıstan çayının məcrası genişləndirilir, sahilbərkitmə işləri həyata keçirilir.Əraziyə 4 ədəd texnika cəlb olunub.
Artıq təhlükəli hesab olunan 2000 metr ərazidə qazma işləri aparılıb, çay məcrasının eni 30-45 metrə çatdırılıb. İlkin mərhələdə Talıstan çayının 21 kilometrlik hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu il sel sularının qarşısının alınması üçün çayda dəmir karkas üzərində salınan bəndin möhkəm strukturu sel sularına sinə gərməyə imkan verir, Lahıc qəsəbəsinin daşqınlardan mühafizəsi məqsədilə Girdimançay və Cülyançayda da məcratəmizləmə işlərinə başlanılıb.
Yaşayış və əkin sahələrinin daşqın və sel sularından qorunması üçün Kəlbənd kəndi ərazisindən keçən Quru çayda da sahil bərkitmə və uzunluğu 29 kilometr olan Göyçay-İsmayıllı magistral beton kanalın lildən təmizlənməsi işləri nəzərdə tutulur.
Onuda qeyd edək ki, görülən işlər Podratçı təşkilatla birgə aparılır.///report
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT

















