İstanbula uçan təyyarə təcili eniş etdi, sərnişinlər qaçdı

Kasablanka – İstanbul reysini yerinə yetirən təyyarədə maraqlı hadisə baş verib.
Lent.az-ın İspaniya mətbuatına istinadla xəbərinə görə, təyyarə havaya qalxdıqdan bir qədər sonra orta yaşlı sərnişin alının pisləşdiyini bildirib.
Gəmi komandiri təcili surətdə İspaniyanın Palma de Mayorka aeroportuna enməyə qərar verib. Hava gəmisinin qapıları açılan kimi 19 sərnişin təyyarədən qaçıb. “Xəstə”ni müşayiət edən şəxs də yolda polisin gözündən yayınaraq aradan çıxıb. Qaçan şəxsləri tapmaq üçün aeroport 4 saat müddətinə bağlanıb. Onlardan on birini əllə keçirmək mümkün olub.
Xəstəxanada isə həkimlər “pasientin” heç bir probleminin olmadığını bildiriblər. Məlum olub ki, qaçışı təşkil edən Mərakeş vətəndaşlarının niyyəti İspaniyaya miqrant kimi gəlmək olub.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











