İstanbulda baş verən insidentdə 28 polis yaralanıb, 210 nəfər saxlanılıb

İstanbulun Taksim meydanında 1 May – Beynəlxalq Əmək Günü ilə əlaqədar tətbiq edilən qadağalara məhəl qoymayaraq polis əməkdaşlarına hücum edən 210 nəfər saxlanılıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Nazir bildirib ki, aralarında bəzi siyasi partiya və həmkarlar ittifaqı üzvlərinin də olduğu qruplar tətbiq olunan qadağalara məhəl qoymayaraq şəhərin müxtəlif nöqtələrindən Taksim meydanına yürüş etməyə cəhd göstəriblər. Qrup üzvləri bu cəhdin qarşısını alan polis əməkdaşlarına daş və bayraq çubuqları ilə hücum ediblər. İnsident nəticəsində xəsarət alan 28 polis əməkdaşı xəstəxanalara yerləşdirilib.
Qeyd edilib ki, 1 May münasibətilə şəhərdə təşkil edilən tədbirlərin təhlükəsizliyinin qorunması məqsədilə bu gün İstanbulda 42 min 434 polis əməkdaşı xidmət göstərib.
Xatırladaq ki, 1 May - Beynəlxalq Əmək Günü ilə əlaqədar İstanbulun müxtəlif bölgələrində, xüsusilə mərkəzi rayonlarında bir çox qadağalar tətbiq edilir. İstanbul Valiliyindən bununla bağlı verilən açıqlamada bildirilib ki, bu gün sərnişin nəqliyyatı, o cümlədən metro və dəniz vasitələrinin şəhərin mərkəzi bölgələrinə səfərləri təxirə salınıb. Şəhərdə bir çox yollarda nəqliyyatın hərəkəti dayandırılıb, avtomobil dayanacaqları fəaliyyət göstərmir. İstanbulun mərkəzində 1 May ilə bağlı tədbirlərin keçirilməsi qadağan edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












