"İstənilən fövqəladə halla bağlı artıqlaması ilə vəsait ayrılır" - Nazir

"Fövqəladə hallarla bağlı vəsaitin azlığı qeyd olundu. Fövqəladə halların öncədən proqnozlaşdırılması çox məhduddur. Növbəti il ərzində büdcənin icrası zamanı icra edilməyən vəsaitin məbləğinin çox olmaması üçün xüsusi olaraq böyük məbləğ ayrılmır".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
"Lakin istənilən fövqəladə hallarla bağlı tədbirlər zamanı həm dövlət büdcəsinin ehtiyat fondundan, həm də Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan lazımı qədər, artıqlaması ilə vəsait ayrılır. Eyni zamanda bir qrup vəsait digər köməkçi bölmələrimizdən bu istiqamətə ayrıla bilir. Biz proqnozlaşdırıla bilinməyən hadisə ilə çox böyük məbləğin artırılmasını düşünmürük. İstənilən fövqəladə vəziyyətlə bağlı köməkçi bölmələrimiz və ehtiyat fondlarımız vasitəsilə ora vəsait ayıra bilirik", - deyə nazir bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












