İtaliyada polislə nümayişçilər arasında toqquşma olub, xəsarət alanlar var

İtaliyanın paytaxtı Romanın mərkəzi meydanında pandemiya ilə bağlı karantin qaydalarına qarşı etiraz nümayişi keçirilib.
Bu barədə "Repubblica" qəzeti məlumat yayıb.
Etirazlar zamanı Xalq Meydanında polislə nümayişçilər arasında toqquşmalar baş verib.
Hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Toqquşmalar nəticəsində iki nümayişçi yaralanıb.
Onun sözlərinə görə, hazırda Çigi hökumət sarayının yaxınlığında olan etirazçılar polisə atəşfəşanlıq atırlar.
Ümumilikdə Romanın mərkəzində keçirilən etiraz aksiyasına təxminən 10 min adam toplaşıb. Etiraz aksiyasında ultra sağçı "New Force" (Forza nuova) partiyasının tərəfdarları da iştirak edib.
Meydanda keçirilən aksiyadan sonra etirazçılar Piazza Flaminioya doğru yürüş edərək nəqliyyatın hərəkətinə mane olublar.
Etirazlar hökumətin qərarı ilə özəl və dövlət sektorunun işçilərinin oktyabrın 15-dən etibarən məcburi COVID-19 sertifikatına malik olması ilə əlaqədardır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












