İtaliyada taksi sürücülərinin kütləvi tətili başlayıb - VİDEO

İtaliyada taksi sürücülərinin 48 saatlıq kütləvi tətili başlayıb.
Məlumata görə, sektor nümayəndələri xüsusi onlayn tətbiqlər vasitəsilə özəl sərnişin daşımalarının təşkili də daxil olmaqla bu sahənin liberallaşdırılmasını nəzərdə tutan rəqabət haqqında fərmana etiraz etmək üçün Romanın mərkəzində yürüş keçirəcəklər.
Aksiyanı təşkil edən sektorun həmkarlar ittifaqı nümayəndələri bildirirlər ki, bu cür islahat xidmətlərin qiymətinin salınması ilə keyfiyyətin də azalmasına gətirib çıxarır. Taksi sürücüləri onlayn platformalardan istifadə prinsipinə deyil, bu prinsipin taksi sürücüləri üçün əlverişsiz olan “avtobus bileti satışına” çevrilməsinə qarşı olduqlarını açıqlayıblar.
Bütün çərşənbə günü davam edəcək taksi sürücülərinin tətili artıq həm şəhərlərdə, həm də hava limanlarında çətinliklər yaradıb.
Mənbə: TASS
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











