Jurnalistin bağ evindən oğurluq edənlər saxlanıldı

Avqustun 25-də Sabunçu rayonu ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən ümumilikdə 1 650 manat dəyərində məişət əşyalarının oğurlanması məlum olub.
Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar - 43 yaşlı Xəqani Əliyev və 38 yaşlı İlham Paşayev saxlanılıblar.
Xəqani Əliyevin eyni əmələ görə axtarışda olması, həmçinin oğurluğun taksi sürücüsü olan İlham Paşayev tərəfindən planlaşdırılması və həmin əşyaların daşınmasını təmin etməsi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, oğurluq əməlinin törədildiyi ev jurnalist Yelena Sidorenkoya məxsus olub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












