Kanadada istehsal olunan bütün təyyarələr üçün ABŞ sertifikatını ləğv etdi

ABŞ Prezidenti Donald Tramp Kanadanın ABŞ-də yerləşən “Gulfstream Aerospace” şirkətinə məxsus bəzi təyyarə modellərini sertifikatlaşdırmaqdan imtina etməsinə cavab olaraq, Kanadada istehsal edilən bütün təyyarələr üçün ABŞ sertifikatının ləğv edildiyini açıqlayıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.
Prezident Kanadadan ABŞ-yə satılan bütün təyyarələrə 50 faiz tarif tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.
Tramp Kanadanın “Gulfstream 500”, “600”, “700” və “800” modellərini sertifikatlaşdırmaqdan imtina etməsini “ədalətsiz və qanunsuz” adlandırıb.
O bildirib ki, “Gulfstream” tam şəkildə sertifikatlaşdırılana qədər “Bombardier Global Express” təyyarələri də daxil olmaqla, Kanadada istehsal olunan bütün təyyarələr ABŞ tərəfindən sertifikatsız hesab ediləcək.
O, “Gulfstream”in əla ABŞ şirkəti olduğunu vurğulayaraq, sözügedən təyyarələrin illər əvvəl sertifikatlaşdırılmalı olduğunu qeyd edib.
Prezident Kanadanı sertifikatlaşdırma prosesi vasitəsilə “Gulfstream” təyyarələrinin ABŞ bazarında satışını faktiki olaraq əngəlləməkdə ittiham edib.
O əlavə edib ki, bu məsələ dərhal həll edilmədiyi təqdirdə, Kanadadan ABŞ-yə satılan bütün təyyarələrə 50 faizlik gömrük rüsumu tətbiq olunacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












