Kanalizasiya sularının küçəyə axması ilə bağlı problem aradan qaldırıldı - FOTO - VİDEO

"Xətai rayonu Ramiz Quliyev, 54 ünvanında qeyd olunan problem aradan qaldırılıb".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.
O qeyd edib ki, sözügedən ünvan yataqxana ərazisi olduğu üçün kanalizasiya xətləri düzgün quraşdırılmayıb.

"Nəticədə kanalizasiya xəttində tutulma baş verib. Artıq Xətai rayon Sukanal İdarəsinin Qəza briqadası tərəfindən problem həll olunub.
Vətəndaşlardan bir daha xahiş edirik ki, əllərinə düşən hər şeyi - məişət tullantılarını, uşaq bezlərini və s. kanalizasiya xəttinə atmasınlar. Çünki kanalizasiyaya atılan böyük və bərk tullantılar xətlərin tutulmasına səbəb olur", - deyə A.Cəbrayıllı vurğulayıb.
11:20
"Neçə vaxtdır ki, kanalizasiya suları həyətə axır, amma bunun qarşısını almaq üçün bir tədbir görən yoxdur".
Bunu Oxu.Az-a Bakının Xətai rayonunda yaşayan sakin bildirib.
O qeyd edib ki, söhbət Xətai rayonu Ramiz Quliyev, 54 ünvanından gedir.
"Buranı "Radiozavod yataqxanası" kimi tanıyırlar. Kanalizasiya sularının ətrafa yayılması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, nə baxan, nə də bir tədbir görən var", - deyə bildirilib.
(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














