Keçid piyadaların işini asanlaşdırsa da, sürücüləri çətinə salıb - VİDEO

Paytaxtın 4 cü mikrarayon dairəsindəki keçid piyadaların işini asanlaşdırsa da, sürücüləri çətin vəziyyətdə qoyur. Dairədən çıxmamış yola piyada zolağı salınması tez -tez həmin yolda tıxacların yaranmasına səbəb olur. Dairədən çıxmaq istəyən sürücü məcbur olaraq piyadalara yol verməlidir. Belə olan halda maşınlar ard-ardaya düzülərək dairənin içində gözləməli olur. Sürücülər dairədə olan piyada zolaqlarını əsassız olduğunu deyirlər. Onların fikrincə bu piyadaların da həyatına təhlükə yaradır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, yol nişanlarının məqsədi nəqliyyat vasitələrinin intensiv hərəkətini və habelə digər hərəkət iştirakçılarının təhlükəsizliyin təmin etməkdir. Belə bir yerdə piyada zolağının salınması isə hər iki prinsipə ziddir.
Maraqlısı budur ki, elə həmin piyada zolağından təxminən 40 metr aralıda yenə piyada zolağı var. Halbuki bu da qaydalara ziddir.
Məsələylə bağlı Bakı Baş Dövlət Yol Polisi Idarəsinin də mövqeyini öyrəndik. Qurumun sözçüsü Vaqif Əsədovun dairədə piyada zolağının olmasını kəsişən yol olduğu üçün beynəlxalq praktikaya əsaslanaraq qoyulduğunu dedi. Piyada zolaqlarının belə yaxın məsafədə qoyulması məsələsinə gəldikdə isə onun yerində araşdırılıb tədbir görüləcəyini bildirdi.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












