Keçilməz yollar qəsəbə sakinlərini dilə gətirib - VİDEO

Su aydınlıqdır deyirlər, amma bəzən aydınlıq insanlara baha başa da otura bilir. Keçilməz yollarla irəliləməsinə gətirib çıxarır. Avtosfer.az inter.az-a istinadən xəbər verir ki, söhbət Sabunçu rayonu Albalı qəsəbəsindən gedir. Problem isə 1.2 km yolun asfalt ortüyü olmamasından qaynaqlanıb. Yollarda yaranan su gölməçələri sadəcə bir denizi xatırladır. Bax, bu gölməçəni necə kecmək isə qalır sakinlərin öhdəsinə. Qəsəbə sakinlərinin sözlərinə görə, müvafiq qurumlara çoxsaylı müraciətlər etsələr də, onların dərdinə çarə edən yoxdur. Sürücülər də yol deyib durublar. Onların sözlərinə görə, qazandıqları ancaq maşınlarının təmirinə gedir. Yağış yağan kimi vəziyyət lap drammatikləşir. Yollardan maşınla yox qayıqla keçmək lazım gəlir. Sakinləri dinləyib ilk olaraq Maştağa bələdiyyəsinə üz tutduq. Sədr müavini problemə aydınlıq gətirmək istəmədi. Sadəcə bu yolun təmirinin səlahiyyətlərində olmadığını bildirdi. Sabunçu rayonunun Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərrux Cavadov isə dedi ki, artıq məsələdən xəbərdardırlar. Müəyyən tədbirlər də görülüb. Yağışların yağması nəticəsində yene yol bərbad günə düşüb. Yolun tamamilə nə vaxt düzələcəyi sualına gəldikdə isə...
Nə deyirik?! Təki, verilən sözlərə vaxtında əməl olunsun. Ferrux Cavadovun dediyi kimi yollar Novruz bayramına kimi təmiri bərpa olunsun. Bəlkə bundan sonra Albalı qəsəbəsinin sakinləri də rahatlıqla bu yola rəvan ola bildilər.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












