Kəlbəcərli köçkünlər Cavid Qurbanovdan kömək istəyir – Qar yolu bağlayıb -FOTO-VİDEO

«Goranboy rayonu Yuxarı Ballı Qaya kəndinin problemi var. Bununla bağlı sosial şəbəkələrdə neçə gündür yazırıq, bir neçə saytda da yazılıb. Amma nə rayonun icra başçısı, nə «Azəryolservis» ASC, nə də 58 saylı yol istismar idarəsi Yuxarı Ballı Qaya kəndinin yolunu 8 gündür qardan-buzdan təmizləmir. Biz istəyirik ki, bu kəndin problemini işıqlandırasınız. Sizin sayt vasitəsilə bu kənddə yaşayan kəlbəcərli məcburi köçkünlər Kəlbəcərin deputatı Cavid Qurbanovdan xahiş edir ki, onların kəndinin yolunun açılmasına köməklik göstərsin». Belə bir müraciəti Goranbayda məskunlaşmış kəlbəcərli məcburi köçkünlər Avtosfer.az saytına ünvanlayıb. Onlar bildiriblər ki, onsuz da camaat Goranboyun icra başçısından ümidini üzüb: «İndi camaatın ümidi təkcə Cavid Qurbanova qalıb. İnanın ki, 1 həftədən çoxdur kənddən çıxmaq mümkünsüzdür. Kənd dəniz səviyysindən 3 min metr yüksəklikdədir. Murov dağının qoynunda yerləşir. Hazırda günorta saatlarında qar əriyir, lakin axşam yenidən buz olur və növbəti gün günortaya qədər buzlu yolu maşınla düşüb-qalxmaq olmur. Hansı maşın bu yolu düşərsə həyatı ilə risk edir. Maşınlar yoldan sürüşüb dərəyə yuvarlana bilər. Aşağı düşən maşınlar da yuxarı çıxa bilmir. Kənddə ərzaq qurtarır, xəstəsi olanlar, işi-gücü olanlar kənddən çıxa bilmirlər. Kənd sakinləri Cavid Qurbanovdan xahiş edirlər ki, onların bu problemini "Azəryolservis" ASC-yə, Goranboy rayon İcra Hakimiyyətinə çatdırsın ki, yol təcili açılsın. Biz Cavid Qurbanovdan Kəlbəcər rayonunun deputatı kimi xahiş edirik. Hər bir kəlbəcərli seçicinin öz deputatından kömək istəməyə haqqı var. Biz ondan pul-para istəmirik. Deyirik ki, «Azəryolservis»ə, icra hakimiyyətinə öz səlahiyyətindən istifadə edib desin ki, bu kəndin yolunu təmizlətdirin. Biz icra başçısına, yol istismar idarəsinə müraciət etmişik, amma heç bir tədbir görülmür. Poçtla məktub göndərmək mümkün deyil. Çünki məktubu dağdan düşürüb rayon mərkəzində poçta getmək lazımdır. O məktub da yəqin bir aya gedib Cavid Qurbanova çata-çatmaya. Məktub çatana kimi yəqin qar əriyib qurtaracaq. Ən yaxşısı mətbuat vasitəsilə müraciət edirik ki, Cavid müəllim bizim müraciəti görsün və seçicilərinin səsi olsun».
Emin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ













