Kəlbəcərli köçkünlərin yol problemi həll olundu - VİDEO

Bir neçə gün əvvəl Goranboy rayonunda məskunlaşmış bir qrupp məcburi köçkün Avtosfer.az saytı vasitəsilə Kəlbəcərin millət vəkili Cavid Qurbanova müraciət edərək yaşadıqları Yuxarı Ballıqaya kəndində qar yağması nəticəsində yolun bağlandığını bildirmişdilər. Onların dediyinə görə, yolun buz bağlaması nəticəsində əhali əziyyət çəkir, rayonla əlaqə kəsilib və təhlükə yaranıb. Vətəndaşlar bildirirlər ki, məsələ ilə əlaqədar Goranboy rayon İcra Hakimiyyətinə, 58 saylı Yol İstismar İdarəsinə edilən müraciətlər isə cavabsız qalıb.
Bu gün Avtosfer.az-a əlaqə saxlayan “Azəryolservis” ASC-nin Xocalı 58 saylı Yol İstismar MMC-nin rəhbərliyi bildirdi ki, adıçəkilən Yuxarı Ağcakənd Ballıqaya yolu “Azəryolservis” ASC-nin xidmətinə aid deyil: «O, yollar orada fəaliyyət göstərən gips karyerlərinin və yerli bələdiyyələrin səlahiyyətindədir. O ərazidə məcburi köçkünlər heyvandarlıq təsərrüfatı ilə məşğul olmaq üçün pərakəndə yaşayırlar. 30-31 dekabr 2015-ci il tarixdə güclü qar yağması ilə əlaqədar yerli Goranboy rayon İcra Hakimiyyətinin, bələdiyyələrin və vətəndaşların xahişini nəzərə alaraq Xocalı 58 saylı Yİ MMC-i öz daxili imkanları hesabına vətəndaşların və nəqliyyat vasitələrin intensiv hərəkəti üçün yolların ağır texnikalar vasitəsi ilə qardan təmizlənməsinə köməklik göstərib. Adı çəkilən yollar çınqıl örtüklü yoldur. O ərazidə kompakt şəkildə məcburi qaçqınlar yaşamır. Yolun mövcud vəziyyəti Sizin saytınıza göndərilir. Baxa bilərsiz».
Fərid
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












