Kirayə ev axtaranlar mütləq izləsin! - Sizin də başınıza gələ bilər - VİDEO

Alqı-satqı saytlarında kirayə mənzil axtaran vətəndaşlar bu xəbəri oxuyun, çünki, bəzi şəxslər saytlarda hər hansı bir mənzili dəyərindən çox aşağı qiymətə elana qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Qiymətin ucuz olduğunu görən vətəndaş isə təbii ki, evi əldən buraxmamaq üçün həmin şəxsin bank hesabına beh göndərməli olur. Sonda isə nə kirayə evə köçə, nə də ki verdiyi pulu ala bilir. Belə bir hadisə ilə Bakı şəhər sakini Hüseyn Həsənov qarşılaşıb. Hadisənin təfərrüatlarını təqdim edirik.
Elan saytlarından birindən kirayə ev tutmaq istəyirdi, ancaq aldadıldı. Özünü evin sahibi kimi təqdim edən şəxs ondan 200 manat beh alaraq yoxa çıxıb.
Belə bir hadisə ilə Bakı şəhər sakini Hüseyn Həsənov qarşılaşıb. O, deyir ki, sentyabrın 18-də elan saytlarının birində yerləşdirilən mənzili kirayə tutmaq üçün qeyd olunan mobil nömrə ilə əlaqə saxlayıb. Telefona cavab verən Abbas adlı şəxs ona bildirib ki, hazırda evdə gənc qızlar qalır və bu səbəbdən də mənzilə baxa bilməz. Ancaq, yaxın vaxtlarda mənzil tam boşaldılacaq.
Abbas adlı şəxs Hüseynin votsap nömrəsinə şəxsiyyət vəsiqəsinin fotosunu da göndərib. Bundan sonra aldadılmayacağına inanan Hüseyn Həsənov onun verdiyi bank hesabına 200 manat pulu beh şəkilində göndərib.
Maraqlı məqam ondan ibarətdir ki, həmin şəxs Hüseynin də şəxsiyyət vəsiqəsinin fotosunu onun votsap nömrəsinə göndərməsini bildirib. Zərərçəkmiş iddia edir ki, əslində göndərilən vəsiqə Abbasa aid deyil.O telefon danışığında da özünü yalandan Abbas adı ilə təqdim edib.
Bundan sonra, həmin şəxsin mobil nömrəsinə zəng çatmayıb. Qeyd edək ki, bir müddət öncə Daxili İşlər Nazirliyi alqı-satqı saytları üzərindən dələduzluq edən şəxslərlə bağlı əhaliyə müraciət etmişdi. Mütəxəssislər tövsiyə edirlər ki, belə halla qarşılan vətəndaşlar 102 Zəng-Mərkəzinə və ya ərazi üzrə polis orqanına müraciət edə bilərlər.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










