“Kişilərin ölüm səbəbi qadınların çox danışmasıdır” - Rəşid Mahmudov

Ötən il Azərbaycanda 75 647 nəfər dünyasını dəyişib. Rəsmi statistikaya görə, ölkə əhalisinin hər 100 000 nəfər hesabı ilə kişilər arasında ölənlərin sayı qadınlardan xeyli yüksəkdir. Belə ki, 2020-ci ildə ölənlərdən 33 567 nəfəri qadın, 42 081 isə kişilər təşkil edir.
Diqqətçəkən başqa bir məqam isə odur ki, ölüm səviyyəsi göstəricisi ümumillikdə və bütün yaş qruplarında nisbətən kişilər üstünlük təşkil edir. 25 yaşdan başlayaraq bu fərq nəzərəçarpacaq dərəcədə artır.
Maraqldır, kişilər niyə qadınlardan tez ölür? Buna səbəb nədir? El arasında deyildiyi kimi, kişilər hər şeyi ürəklərinə saldıqlarına görə dünyadan tez köçürlər?
Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov açıqlamasında kişilərin daha çox infarktdan öldüyünü söyləyib:
“Qadınlar infarkt keçirmirlər. Kişilər isə çox infarkt olurlar. Elə əsas məqam da budur. Kişilərin əksəriyyəti demək olar ki, infarktdan ölür. İnfarkt üstünlük təşkil edir”.
Həkimin sözlərinə görə, kişilərin niyə erkən öldüyünü arvadlar daha yaxşı bilərlər:
“Qadınlar həddən artıq çox danışırlar. Kişilərə bundan artıq nə olar ki? Heç nə! Kişilərin də ürəyi partlayır, ölürlər. Bunu arvadlar daha yaxşı bilər ki, kişilərini niyə tez öldürürlər”.///Yenisabah.az
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












