Köhnə avtomobili olanlara ŞAD XƏBƏR: SİZƏ PUL VERİLƏCƏK - VİDEO

Köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Əlbəttəki bu proses könüllü olacaq və avtomobil sahiblərinə qarşılıq olaraq pul verilməsi nəzərdə tutulur.
Azərbaycanın avtomobil parkı yenilənəcək. Köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Bunun əvəzində isə vətəndaşların yeni avtomobillər almaları üçün təşviqat işləri aparılacaq. Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb. Layihənin məqsədi yol hərəkəti və ekologiya üçün təhlükə hesab edilən köhnə nəqliyyat vasitələrinin utilizasiyasıdır. O qeyd edib ki, hazırda azərbaycandakı avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur. Bu isə təhlükənin nə qədər ciddi olduğundan xəbər verir. Ölkə başçısının tapşırığına uyğun olaraq hazırlanan dövlət proqramının əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etməkdir. O əlavə edib ki, istismar müddətini başa vuran, ekoloji təhlükə hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək Nazir müşaviri onu da qeyd etdi ki, avtomobil sahibləri maşınını utilizasiyaya göndərməkdə tam sərbəst olacaq. Yəni bu, onların könüllü seçimidir. Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyasını nəzərdə tutan sənəd təsdiq olunması üçün aidiyyəti qurumlara təqdim edilib.
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO












