Komitə sədri: “Kimsəsizlər ev və işlə təmin olunmalıdırlar”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Azərbaycanda hər iki valideynini itirən, qalmağa heç bir yeri və kimsəsi olmayanların növbədənkənar birotaqlı mənzillə təmin olunması təklif edilib.
Bu məsələ hər kəs tərəfindən maraqla qarşılanıb. Təklifin tətbiq olunub-olunmaması ilə bağlı məsələ isə sual altındadır.
Bəs görəsən, təklifin tətbiq olunması gözlənirmi?
Mövzu ilə bağlı Oxu.az-a açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, bu kateqoriyadan olan şəxslər dövlətin nəzarəti altındadırlar: “Hər iki valideynini itirən və yaxud da valideyn himayəsindən məhrum olan uşaq müəssisəsində böyüyən, 18 yaşı çatandan sonra uşaq müəssisəsini tərk edən hər bir vətəndaş Azərbaycan dövlətinin qayğısı altındadır. Bu kateqoriyadan olanların demək olar ki, hamısına mənzil verilir. Bakıda, Abşeronun Masazır qəsəbəsində, Gəncədə, Daşkəsəndə və başqa yerlərdə onlar üçün mənzillər tikilib verilir”.
Sədr qeyd edib ki, Milli Məclisdə təklif olunan məsələ şəhid ailələri və Qarabağ qazilərinə tikilən mənzillərdən onlara da verilməsi idi: “Bu məsələ ilə bağlı problem yoxdur. Onların həm məşğulluğu, həm də mənzil məsələsi dövlətin nəzarəti altındadır. Yəni uşaq müəssisəsini tərk edəndən sonra belə onların heç biri kənarda qalmır. Yaşayış yeri ilə təmin olunur, məşğulluqlarına xüsusi dəstək göstərilir”.
Milli Məclisin deputatı Aydın Hüseynov isə əlavə edib ki, hər iki valideynini itirən, yaşamağa yeri olmayan şəxslərə dəstək göstərilməlidir: “Ölkə prezidentinin həyata keçirdiyi siyasətin ən başlıca istiqaməti vətəndaşlarının sosial rifahının yüksəldilməsidir. Bu sahədə çox böyük addımlar atılır, layihələr həyata keçirilir. Eyni zamanda, dövlət büdcəsinin tərkibində həmişə sosial xərclərin çəkisi çox yüksək olur. Şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına xüsusi diqqətlə yanaşılır.
Lakin ölkəmizdə hər iki valideynini itirən, qalmağa heç bir yeri və kimsəsi olmayanlar var. Onlara xüsusi qayğı göstərilməsi aktual məsələlərdən biridir. Hesab edirəm ki, həmin şəxslərə dəstək göstərilməlidir. İş və evlə təmin olunmalıdırlar”.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












