Könüllü olaraq ölkəyə qayıdan 181 Azərbaycan vətəndaşına yardım göstərilib

Bu ilin avqust və sentyabr aylarında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində Almaniyadan 46 nəfər, Serbiyadan 7 nəfər, Türkiyədən 1 nəfər və Hollandiyadan 1 nəfər olmaqla ümumilikdə 55 nəfər KQYR layihələri çərçivəsində könüllü olaraq Azərbaycana qayıdıb.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, qeyd olunan aylarda KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan 181 nəfərə reinteqrasiya yardımı, 76 nəfərə isə məsləhət xidməti göstərilmişdir.
BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən reinteqrasiya yardımı göstərilən 181 nəfərdən 106 nəfərə nağd və 75 nəfərə qeyri-nağd şəkildə yardım olunmuşdur. Qeyri-nağd şəkildə yardım çərçivəsində 9 şəxsə müvəqqəti mənzil təminatı, 3 şəxsə kiçik biznesin qurulması, 60 şəxsə maddi yardım (ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları), 2 şəxsə tibbi yardım, 1 şəxsə isə təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib.
Təşkilat tərəfindən göstərilən reinteqrasiya yardımının əsas hissəsi könüllü qayıdanlara və onların ailə üzvlərinə fayda gətirən kiçik təsərrüfat (qoyunçuluq, maldarlıq), xidmət sahəsindəki müəssisələr, ticarət və kiçik istehsal kimi gəlir gətirən fəaliyyətlərin qurulmasına yönələn kömək təşkil edir.
BMqT-nin KQYR layihələri daxilində qayıdanlara mikro-biznes fəaliyyətinə dəstəklə yanaşı, müvəqqəti mənzil təminatı, maddi yardım, tibbi ehtiyacların və təhsil xərclərinin qarşılanması üzrə yardımlar göstərilir.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












