Koroğlu stansiyasının ətrafı: gecə və gündüz - FOTO

Metronun Koroğlu stansiyasının ətrafındakı vəziyyət çoxumuza tanışdır. Bakının əksər kəndlərinin sakinləri üçün bura şəhərə gəlmək üçün yeganə vasitədir. Bir neçə ilə əvvəl burada tikilən mübadilə mərkəzi vəziyyəti kifayət qədər yüngülləşdirsə də, problem aradan qalxmayıb. Gündüz vaxtı ərazi nisbətən seyrəklik olur. Axşam saatlarında isə - hətta saat 00.00-dək bu əraziyə yüzlərlə sərnişin və avtomobil yığışır. Bəs təzadlı vəziyyətə səbəb nədir?
Məsələ burasındadır ki, gündüz saatlarında Bakı kəndlərinə gedənlərin sayı az olduğundan çox da ciddi sıxlıq nəzərə çarpmır. Həm də gündüz vaxtı ərazidə yol polisi xidmət aparır. Axşam saatlarında isə minlərlə sakin evinə tələsdiyi üçün xoş olmayan mənzərə yaranır. Elə isə məsələnin həlli yol nədən ibarətdir?
Bu vəziyyəti dəyişməz iqtisadi qanun olan tələb və təklif nisbəti ilə izah etmək olar. Tələb təklifi doğurur.
Manatlıq taksi xidmətinə tələb olmasa metro stansiyası ətrafında belə vəziyyət yaranmaz. Bu tələbi aradan qaldırmağın yeganə yolu isə ictimai nəqliyyatın qüsursuz işini təmin etməkdir.
Bakıətrafı kəndlərin nəqliyyat problemini həll etmək üçün mikromobillik vasitələri yaramır. Bilgəh və ya Maştağadan Yasamala skuter və ya velosipedlə gəlmək mümkün deyil. Hər sakin Afrikadakı kimi bir qədər pul toplayıb motosiklet alsa vəziyyət lap acınacaqlı olacaq (sıxlıq, səs, ekoloji problemlər və sair baxımdan). Bunun üçün avtobus, metro, şəhərətrafı qatar və tramvay lazımdır. Doğrudur, son bir neçə ildə şəhərətrafı qatar şəbəkəsi inkişaf etsə də, onun da problemləri var. Avtobus sistemi qənaətbəxş olmadığı üçün qatarlar ifrat yüklənir. Normal iş üçün avtobus, şəhərətrafı qatar və metropoliten sinxron işləməlidir.
Eyni problemdən metropoliten də əziyyət çəkir. Şəhər daxilində hərəkət edən sərnişinlər tıxac və ləngimədən xilas olmaq üçün metroya üstünlük verdiyindən yeraltı nəqliyyatda günün istənilən saatında sıxlıq olur. Bunu dərs ili başlayanda daha aydın görmək mümkün olacaq.
Vüqar
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident


















