Koronavirus xəstəsi olan Şəki sakini Sumqayıtda saxlanılıb - FOTO

Sumqayıtda aktiv koronavirus xəstəsi ictimai yerdə saxlanılıb.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının şəhər ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şəki rayonu, Turan qəsəbəsində qeydiyyatda olan 1964-cü il təvəllüdlü Cabbarov Mahir Cəlil oğlu saxlanılıb. Məlum olub ki, 57 yaşlı Mahir Cabbarov oktyabrın 16-dan aktiv koronavirus xəstəsi kimi qeydiyyata alınıb. O, oktyabrın 18-də Şəkidə evdən çıxaraq Sumqayıta gəlib. M. Cabbarov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi ilə görüşmək istəyib və qazi olduğunu bildirib. Araşdırma zamanı məlum olub ki, M. Cabbarov heç bir döyüş əməliyyatlarında iştirak etməyib və qazi adından istifadə etməyə çalışıb. Bununla yanaşı, onun əvvəllər məhkum olunduğu da müəyyən edilib.
Saxlanılan M. Cabbarovun törətdiyi əməllər barəsində Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












