Körpəsini boğaraq öldürən atadan XƏBƏR VAR

Bakıda qətl törətməkdə təqsirləndirilən Vüsal Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Avtosfer.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası oktyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, bu il mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Məlumata görə, hadisə gecə saat 3 radələrində olub. Evə əlində pivə ilə gələn V.Əliyev körpəsini boğaraq öldürüb.
“Report”
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI












