“Koti” bu dəfə həbs edildi

"Koti” kimi tanınan tiktoker Zeynəb Zeynallı həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.
“Koti” bu dəfə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilib. Qərarda yazılıb ki, 25 yaşlı Z.Zeynallı “this.koti” adlı səhifəsində əxlaqsız ifadələr, söyüşlər səsləndirib, 300 min nəfərə yaxın izləyicisi olan səhifə üzərindən cəmiyyətə qarşı açıqca hörmətsizlik edib. Bu hərəkətlər də sosial şəbəkələrdə kütləvi nümayiş etdirildiyi halda xırda xuliqanlıq hesab edilir.
“Koti” özü də məhkəmədə təqsirini etiraf edib. Deyib ki, çox aqressiv biri olduğu üçün onun barəsində mənfi fikirdə olanları elə sosial şəbəkə üzərindən təhqir edib. O, həmçinin İnzibati Xətalar Məcəlləsinə sosial şəbəkələrdə cəmiyyətə hörmətsizliklə bağlı yeni maddə əlavə edildiyini bilmədiyini deyib, bir daha bu cür hərəkətlər etməyəcəyinə söz verib.
Hakim onun geniş izləyici kütləsinin olmasını və nalayiq paylaşımları dəfələrlə təkrarlamasını əsas gətirərək 8 günlük həbs edilməsinə qərar verib. “Koti” məhkəmə zalından birbaşa saxlanılma məntəqəsinə aparılıb.
Qeyd edək ki, Z.Zeynallı bundan əvvəl dəfələrlə inzibati məsuliyyətə cəlb edilsə də, bu onun ilk həbsidir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












