Kreditlə aldığı maşını satdı, başına iş açdı - VİDEO

Kreditlə alınan maşını başqasına satdı, öz başına iş açdı. Avtosfer.az xəbər verir ki, Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan Xanlar Mustafayev bankdan götürdüyü kreditlə aldığı maşını sonra başqa adama satıb. Amma etibarnamə ilə. Sadəcə alan adama deyib ki, maışının borcu var və banka ödənməlidir. Dediyinə görə, alan adam razılaşıb. İş elə gətirib ki, maşını alan şəxs də onu sonra 3-cü adama satıb. Tərslikdən maşın bir müddət sonra oğurlanıb. İndi maşının yeri bilinmir. Uzun müddətdir maşının borcu banka ödənilmir. Belə olan halda bank məhkəməyə müraciət edib, məhkəmə isə borcun ödənilməsini maşinin ilk sahibindən- Xanlardan tələb edir.
Görünən odur ki, Xanlar Mustafayev sadəcə etibatnamə ilə kreditli maşını satmaqla özü- özünə problem yaradıb.
Hüquqşünas Asif Abdullayev də təsdiqləyir ki, mülkiyyətin rəsmi qaydada satılmaması sahibinə problem yaradır.Bank indiki halda ancaq Xanlardan ödəniş tələb edə bilər. Çünki rəsmi sənədlər onun adınadır. Hüquqşünas bilidirir ki, indiki halda Xanlar polisə müraciət etməli, maşının tapılmasına nail olmalıdır. Problemin həlli yalnız maşının tapılmasından keçir.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












