Külli miqdarda dövlət əmlakı yandı - Cinayət işi açıldı

“Şərur Sənaye Mərkəzi” publik hüquqi şəxsin bitki yağları istehsalı müəssisəsinin anbarında sentyabrın 25-də baş vermiş yanğınla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Avtosfer.az-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, külli miqdarda dövlət vəsaiti hesabına alınan bitki yağları xammalı qüvvədə olan normativ sənədlərin tələblərinə riayət edilmədən anbara toplanıb, saxlanma şəraitinin düzgün təmin edilməməsi və digər pozuntular nəticəsində xammal qida məhsulu kimi yararsız hala düşüb, sonrakı mərhələdə isə tüstülənmə və yanmaya məruz qalıb, nəticədə isə külli miqdarda dövlət əmlakı məhv olub.
Baş vermiş hadisə ilə əlaqədar vəzifəli şəxslərin işə vicdansız və laqeyd münasibətləri nəticəsində dövlətin qanunla qorunan mənafelərinə külli miqdarda zərər vurulmasına əsaslı şübhələr əldə edildiyindən fakt üzrə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətin törədilməsində təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində istintaq davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












