Külli miqdarda aksiz markasız içkilər aşkar edilib - FOTO
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda aksiz markası olmayan spirtli içkilərin və siqaretlərin realizə edilməsinin qarşısını alıblar. Komitədən Avtosfer.az-a verilən məlumata görə, Baş idarənin əməliyyat idarəsinə üzərilərində Azərbaycan Respublikasının müvafiq aksiz markası olmayan müxtəlif markalı spirtli içkilərin “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən yaşayış sahələrində saxlanılması, habelə həmin spirtli içkilərin bir hissəsinin “Daewoo Damas” markalı minik avtomobilində satış məqsədilə realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Gömrük əməkdaşları tərəfindən ərazidə keçirilmiş əməliyyat tədbiri zamanı “Daewoo Damas” markalı minik avtomobilinə baxış keçirilib və avtomobilin salon və arxa yük yerində saxlanılan müxtəlif ölçülü karton qutulardan və selofan torbalardan 82 ədəd müxtəlif markalı spirtli içkilər aşkarlanıb. Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq Badamdar qəsəbəsindəki evin həyətyanı sahəsində yerləşən 2 ədəd qapalı tipli yaşayış sahəsinə keçirilən baxış zamanı 1443 ədəd spirtli içkilər və 100 qutu “Davidoff gold slims” markalı siqaretlər aşkar edilib.
Qeyd edək ki, aşkarlanan spirtli içkilərin və siqaretlərin ümumi dəyəri 48502 (qırx səkkiz min beş yüz iki) manat təşkil edir.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












