Kürdəmirdə evdən oğurluq edən şəxs həbs olundu

Kürdəmirdə evdən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb.
Araşdırmalarla onun rayon sakini Azər Əliyev olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evə qanunsuz olaraq daxil olduğunu, oradan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurladığını bildirib.
Polis əməkdaşları tərəfindən A.Əliyev tərəfindən oğurlanan əşya və avadanlıqların yeri müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.
Faktla əlaqədar Kürdəmir RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












