Kürdəmirdə oğurluqda şübhəli bilinən 6 nəfər saxlanılıb - FOTO

Kürdəmir rayonunda oğurluqda şübhəli bilinən 6 nəfər saxlanılıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Muradxan kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakinləri rayon polis şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda onlara məxsus iri və xırda buynuzlu heyvanlarının oğurlandığını bildiriblər.
Bundan sonra Kürdəmir Rayon Polis Şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, oğurluğu kənd sakinləri Elvin Abasov, Fariz Abasov, Mehman Qəniyev, Ülvi Qəniyev, Asim Kərimov və Ayaz Qəribov törədiblər. Onlar qabaqcadan əlbir olaraq Muradxan kənd sakinləri Yaşar Səfərov və Eldəniz Abdullayevə məxsus 4 baş iri buynuzlu, 4 baş xırdabuynuzlu heyvanları saxlanc yerinə qanunsuz daxil olmaqla oğurlayıblar. Həmin şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı cinayət əməlləriini etiraf edib və bu işdən peşman olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq davam etdirilir.



Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












