"Laser Beauty Estetik" klinikasının qalmaqallı filialı AÇILDI

İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə lisenziya əlavəsi dayandırılan estetik klinika fəaliyyətini davam etdirir.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hazırda "Laser Beauty Estetik" klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialında kosmetoloji prosedurlar üçün qəbul həyata keçirilir.
Xatırladaq ki, bir müddət öncə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən "Lazer Beauty Klinikası"nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən, cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilmişdi. Bundan sonra klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilmişdi.
İqtisadiyyat Nazirliyinin isə dünən verdiyi məlumata görə, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən "Laser Beauty Estetik" klinikasının fəaliyyəti dayandırılıb və filiala 2025-ci ilin 12 mart tarixinədək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












