“Lazer xuliqanları” üçün CƏRİMƏLƏR sərtləşdi

Türkiyədə 2025-ci il yanvarın 1-dən etibarən təyyarənin qalxması, enməsi və ya hava gəmisinin hava limanının/aerodromun ərazisindən hərəkəti prosesi zamanı lazerlərdən qəsdən istifadəyə görə cərimə məbləği 43,93 faiz artırılaraq 131 min lirəni (3,7 min dollardan çox) keçib.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Mülki Aviasiya Baş İdarəsinin müvafiq qərarı çərşənbə günü Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub.
Gəminin göyərtəsində tüstü buraxan qurğuların istifadəsi 19 min 668 lirə (təxminən 550 dollar) məbləğində cərimə ilə nəticələnəcək.
Təyyarənin salonunda aqressivlik nümayiş etdirən və ya stüardessalar və digər sərnişinlərlə mübahisə edən, həmçinin ekipajın normal işinə mane olan sərnişinlərə də eyni məbləğdə cərimə tətbiq olunacaq.
Hava limanında yoxlamadan keçməkdən imtina edən və ya təhlükəsizlik xidmətlərinin əməkdaşlarının işinə müdaxilə edən şəxslər 26 min lirədən (742 dollar) çox cərimə ödəməli olacaqlar.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












