Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfər rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Quliyev, X.Hüseynov, İ.İbrahimov, N.Qasımov, K.Hüseynov, O.Məlikov, O.Məmmədzadə, Z.Quliyev, A.Cəfərov, T.Rəhimov və T.Qurbanov saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərdən T.Qurbanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 evdən məişət əşyaları və təmir tikinti avadanlıqları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.

Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












