Lənkəranda narkotiklə tutulan şəxslərin oğurluq əməlləri də üzə çıxıb

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfər rayon sakini saxlanılıb. Onlardan bir neçəsinin oğurluq əməlinin də üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İmran Kərimov, Murad Əlizadə, Əmrah Rəhimov, Sarxan Qubadov, Rəfi Rəhimov, Elvar Cəfərov, Nail Cəfərov, Elxan Nəcəfov, Rasif Əliyev, Elçin Nəzərov və İlqar Rəhimov saxlanılıblar. Onların üzərindən satış üçün hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb. Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə saxlanılan şəxslərdən biri – Ə.Rəhimovun narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış Lənkəran rayonun sakini Məqsəd Beyçayevlə birlikdə 3 evdən və 3 mağazadan qızıl-zinət əşyaları, nağd pul, danışıq kartları və tütün məmulatları oğurladıqları müəyyənləşib. Saxlanılan şəxslərdən N.Cəfərov və İ.Rəhimovun isə ayrı-ayrılıqda müxtəlif ünvanlardan məişət və təmir tikinti avadanlıqları oğurladıqları müəyyən olunub.
Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI












