Lənkəranda qəzada yaralanan şəxs xəstəxanada ölüb

Lənkəran rayonunda dörd gün əvvəl yol qəzasında xəsarət alan şəxs bu gün xəstəxanada dünyasını dəyişib.
“Report”un xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq, bir neçə gün reanimasiya şöbəsində həkim nəzarətində olan yaralı, Liman şəhər sakini, 1984-cü il təvəllüdlü Fariz Mövsün oğlu Sadıqovın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, sentyabrın 16-da Nərimanabad qəsəbəsi ərazisində yol qəzası baş verib. "VAZ 21099" markalı avtomobilin yoldan çıxaraq çökəkliyə aşması nəticəsində sürücü, Lənkəran Rayon Qaz İstismar İdarəsinin əməkdaşı Məzahir Ağayev hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, Liman şəhər sakini, 1984-cü il təvəllüdlü Fariz Sadıqov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












