"Zapravka"larda qudurluq edən şəxs tutuldu - Lənkəranda - FOTO

Lənkəranda quldurluq faktları törədərək paytaxt ərazisində gizlənən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində gecə saatlarında iki yanacaqdoldurma məntəqəsinə daxil olaraq quldurluq əməli törətməkdə şübhəli bilinən rayonun Daşdatük kənd sakini Tərlan Şəfəqqətov müəyyən edilərək saxlanılıb.
Belə ki, həmin şəxs oktyabr ayının 1-də gecə saatlarında Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olub və quldurluq yolu ilə orada çalışan şəxsdən 350 manat pul və mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşıb. Bundan bir neçə gün sonra T.Şəfəqqətov gecə saatlarında Lənkəran rayonu ərazisində yerləşən digər bir yanacaqdoldurma məntəqəsinə daxil olub. Həmin obyektdə operator kimi çalışan şəxsdən pul tələb etdikdən sonra bıçaqla ona xəsarətlər yetirib. Quldurluq faktlarını törətmiş şəxsin şəxsiyyətinin müəyyən olunması və tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Şəfəqqətov gizləndiyi Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsindəki ünvanda saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırma aparılır
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












